Apr 12, 2017 20:56 Asia/Baku
  • İranda prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürənlərin sayı 287-ə çatdı
    İranda prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürənlərin sayı 287-ə çatdı

İranın Seçki Qərargahı prezident seçkilərində iştirak etmək istəyənlərin adlarının qeydiyyata alınmasının 2-ci gününün sonunda 287 nəfərin adının qeydiyyata alındığını bildirib.

İRİB-nin verdiyi məlumata görə, İranın Seçki Qərargahının katibi Əli Purəli Mütləq deyib: Adların qeydiyyata alınmasının 2-ci gününün sonunda 287 nəfərin adı qeydiyyata alınıb. Onlardan 13-ü qadındır.

İran İslam Respublikasının sabiq prezidenti Mahmud Əhmədinejad, onun müavini olmuş Həmid Bəqayi, Şəhidlər Fondunun sabiq sədri Məsud Zəribafan və İslam Şurası Məclisinin 90-cı Prinsip Komissiyasının üzvü Məhəmməd Əli Pur Əli Muxtar  indiyə kimi prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürən tanınmış şəxsiyyətlərdirlər.

İranda 12-ci prezident seçkilərində iştirak etmək istəyən namizədlərin adlarının qeydiyyata alınmasına çərşənbə axşamından start verilib və bu proses qarşıdan gələn şənbə gününə kimi davam edəcək.

İranda 12-ci prezident seçkiləri Şəhər və Kənd İslam Şuralarına 5-ci çağırış seçkiləri ilə bir vaxtda 19 may 2017-ci il tarixində keçiriləcək.

Teqlər