İranda prezident seçkilərinə namizədlik üzrə qeydiyyatın üçüncü günü
Apr 13, 2017 14:39 Asia/Baku
İranda 12-ci prezident seçkilərinə namizədlik üzrə qeydiyyatın üçüncü günü Tehranda yerləşən seçki qərargahında başlanıb.
İranda 12-ci prezident seçkiləri şəhər və kənd islami şuraları seçkiləri ilə eyni zamanda 2017-ci il mayın 19-da keçiriləcək.
İranda 12-ci prezident seçkilərində iştirak etmək istəyənlərin adlarının qeydiyyata alınmasının ikinci gününün sonunda 287 nəfərin adı qeydiyyatdan keçib. Onların 126 nəfəri ilk gündə, 161 nəfəri isə ikinci gündə adını qeydə aldırıb.
İndiyədək bu seçkilərdə iştirak üçün 13 qadın adını qeydə aldırıb.
İranda 12-ci prezident seçkilərində iştirak etmək istəyənlərin adlarının qeydiyyata alınması aprelin 11-dən başlanıb və aprelin 15-də başa çatacaqdır.