Tehranın müvəqqəti imam cüməsi: ABŞ-ın rəftarları beynəlxalq qanunlara ziddir
Tehranın müvəqqəti imam cüməsi Birləşmiş Ştatların Suriyaya olan hücumunu beynəlxalq qanunlara zidd adlandırıb.
Höccətülislam Kazım Sədiqi bu gün Tehranın cümə namazı xütbələrində ABŞ-ın Suriya ərazisində dövlət qüvvələri tərəfindən kimyəvi silahdan istifadə ilə bağlı əsassız və təsdiq edilməməiş iddialar əsasında Suriyaya raket zərbələri endirməsinə reaksiya olaraq deyib: ABŞ-ın birtərəfli, zalımcasına və icazəsiz rəftarları beynəlxalq qanun və qaydalara ziddir və dünya ölkələri bu kimi təcavüzkarlıqların davam etməsinə mane olmalıdırlar.
Sədiqi həmçinin deyib: İran xalqı və silahlı qüvvələri düşmənin ehtimal olunan istənilən hücumunu iman, milli iqtidar və yerli imkanlar hesabına qətiyyətli formada cavablandıracaq və düşməni peşiman edəcək.
Tehranın müvəqqəti imam cüməsi dünya ictimaiyyəti və beynəlxalq dairələrin o cümlədən BMT-nin Ərəbistanın Yəmənə qarşı təcavüzlərinin davam etməsi qarşısındakı sükutunu da tənqid edib və deyib: Heç şübhəsiz Ərəbistan və müttəfiqləri Yəmən xalqını qırğın etmək və Yəməni ölü əraziyə çevirmək siyasətinə görə bir gün cavab verməli olacaqlar.
Tehranın müvəqqəti imam cüməsi çıxışının davamında İran xalqının qarşıdan gələn prezident və şəhər və kənd islam şuraları seçkilərində geniş formada iştiraka dəvət edərək, xalqın seçkilərdəki əzəmətli iştirakını düşmənlərə ən ağır zərbə və milli iqtidara dayaq adlandırıb və deyib: Xalqın seçkilərdə geniş formada iştirakı xalqın İslam İnqilabı və İslam Respublikası quruluşu ilə öz əhd və peymanını yeniləməsi mənasındadır.