Həsən Ruhani 12-ci prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürdü
https://azeri.sahartv.ir/news/İran-i265656-həsən_ruhani_12_ci_prezident_seçkilərində_iştirak_etmək_üçün_namizədliyini_irəli_sürdü
İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Daxili İşlər Nazirliyində, Seçki Qərargahında olaraq, 12-ci prezident seçkilərində iştirak etmək üçün öz namizədliyini irəli sürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 14, 2017 13:59 Asia/Baku

İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Daxili İşlər Nazirliyində, Seçki Qərargahında olaraq, 12-ci prezident seçkilərində iştirak etmək üçün öz namizədliyini irəli sürüb.

İranda 12-ci prezident seçkiləri şəhər və kənd islam şuralarına 5-ci çağırış seçkiləri ilə bir vaxtda 19 may 2017-ci il tarixində keçiriləcək.

İRNA-nın məlumatına görə, Həsən Ruhani 11-ci prezident seçkilərində 18 milyon 651 min 668 səs əldə edərək, seçkilərin qalibi olmuş və prezident seçilmişdi.

Bu məlumata görə. İslam Şurası Məclisinin sabiq üzvü Əlirza Zakani, Demokratiya Partiyasının baş katibi Mustafa Kəvakibyan və Qum Dini Elmlər Hövzəsi Cəmiyyətinin üzvü Ayətullah Möhsün Ğərəviyan da 12-ci prezident seçkilərində iştirak etmək üçün öz namizədliklərini irəli sürüblər.

İranda 12-ci prezident seçkiləri üçün namizədlərini adlarının qeydiyyata alınmasına ötən çərşənbə axşamından start verilib və bazar günü, Aprelin 15-inə kimi davam edəcək.