Apr 15, 2017 08:50 Asia/Baku
  • İran prezident seçkilərinə namizədlərin qeydə alınmalarının sonuncu günü

İranda 12-ci prezident seçkilərinə namizədlərin qeydə alınmalarının beşinci və sonuncu günü başlanıb.

İranda 12-ci prezident seçkiləri şəhər və kənd islami şuralarına seçkilər ilə bir vaxtda 2017-ci il mayın 19-da keçiriləcək.

İran Seçki Qərargahının sədri Əli Əsğər Əhmədi dünən namizədlərin qeydiyyatdan keçmələrinin dördüncü gününün sonunda müxbirlər qarşısında 1048 nəfərin qəti şəkildə qeydiyyatdan keçməsindən xəbər verib.

İran Seçki Qərargahının sədri qeyd edib ki, qeydiyyatdan keçmiş 1048 nəfərin 71-i qadın, yerdə qalanı isə kişidir.

Dünən İranın hazırkı prezidenti Həsən Ruhani və Astane Qodse Rəzəvinin məsul şəxsi höccətulislam vəlmuslimin Seyid İbrahim Rəisi adlarını qeydiyyata aldırıblar.

İranda 12-ci prezident seçkilərinə namizədlərin adlarının qeydiyyata alınmasına ötən çərşənbə axşamı günündən başlanıbdır.

Teqlər