Ruhani: İran raket və təyyarə düzəltmək üçün bir kəsdən icazə almayacaq
İran prezidenti deyib ki, İran namərdcəsinə təcavüzün qurbanı olub. Buna görə, öz silahlı qüvvələrini gücləndirmək və raket və təyyarə düzəltmək üçün bir kəsdən icazə almayacaq.
Həsən Ruhani bu gün Tehranda İran Müdafiə Nazirliyinin nailiiyyətləri sərgisində əlavə edib: İranın silahlı qüvvələrinin müdafiə təməlinin gücləndirilməsi yalnız ölkəni müdafiə üçündür və heç zaman başqa bir ölkəyə qarşı istifadə olunmayacaqdır.
Ruhani söyləyib: Ədalət və azadlıq mesajını dünya xalqlarına çatdırmış və böyük qüdrətlərin maraqlarını xətərə salmış İran üçün müdafiə önləyici qüdrətinin qorunub saxlanılması və regional müvazinət vacib bir məsələdir.
O, Amerika və böyük qüdrətlər, eləcə də bəzi region ölkələri tərəfindən Yaxın Şərqə qarşı edilən təcavüzlərə toxunaraq, əlavə edib: Qüdrətlərin və xərçəng şişi olan sionist rejimin müdaxilələri daim Yaxın Şərqdə nigarançılıq, əmin-amansızlıq və qarşıdurma mənbəyi olub.
İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri söyləyib: İran heç vaxt təcavüzkarlıq niyyətinə malik olmayıb, deyil və olmayacaqdır, amma daim sayıq olmalıdır, zira İslam İnqilabının zəfər çalmasından sonra bir neçə dəfə siyasi, hərbi və iqtisadi hücumlara məruz qalıbdır.
Ruhani İraqın İrana qarşı savaşı dövründə raket əldə etməyi İran xalqının istəyi adlandrıb və belə deyib: İran xalqı bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, müdafiə sənayesi, silahlı qüvvələr, ordu, sepah, bəsic və polis qüvvələri ilə iftixar edir.
İran prezidenti həmçinin İranın bir çox müdafiə layihələrinin nəticə verməsinə işarə edərək, deyib: Daxili mütəxəssislər tərəfindən təyyarə, vertolyot, tank və transportyorun düzəldilməsi İran xalqı üçün bir fəxrdir.
Həsən Ruhani bu gün "Kosər" adlı İranın ilk yerli təlim reaktiv təyyarəsi, "Mühacir-6" taktiki kəşfiyyat və silahlı pilotsuzu və "Nəsir" gəmiyə qarşı kruz raketi və "Fəkur" hava-hava raketini təqdim edib.