Ruhani: Cənubi Pars İranın inkişafa sıçrayış trampilinidir
İran İslam Respublikası prezidenti Həsən Ruhani deyib: Cənubi Pars qaz yatağının istismarı üzrə layihələr İran xalqının gözlədiyi inkişafa doğru sıçrayış trampilinidir.
Həsən Ruhani bu gün Cənubi Pars qaz yatağının 17, 18, 19, 20 və 21-ci korpuslarının istifadəyə verilməsi mərasimində deyib: Cənubi Pars qaz yatağının istismarı üzrə yeni korpusların istifadəyə verilməsi bir daha dünyanın diqqətini İrana yönəltmiş olub. Belə ki, İranın neft, qaz və neft-kimya sektorunda ən iri sərmayə qoyuluşu yerli və gənc kadırlar hesabına gerçəkləşmiş olub.
Ruhani əlavə edib: Ötən 40 ildə İranda inkişafa doğru böyük bir addım atılıb və xalqın ən böyük məqsədi İranın inkişaf etməsi və ölkənin zirvəyə çatdırılmasıdır.
İran İslam Respublikası prezidenti infilyasiyanın azalması, müqavimət iqtisadiyyatı siyasətlərinin icra edilməsini və nüvə məsələsində İran xalqının haqlarının təmin edilməsini xatırladıb və deyib: Dünya bazarlarında İranın neft və qaz satışı iki dəfə artıb. İndi Cənubi Pars qaz yatağında yeni korpusların istifadəyə verilməsi ilə İranın bu müştərək qaz yatağından istehsal həcmi Qətərdən daha çox olacaqdır.
Həsən Ruhani İranın izzətinin müqavimət iqtisadiyyatının icra edilməsi ilə təmin ediləcəyinə işarə edərək, deyib: İran tezliklə buğda, qaz, dizel yanacağı və benzin sahəsində böyük ixracatçıya çevriləcək.
İran prezidenti həmçinin, 19 May 2017-ci il tarixində keçiriləcək prezident seçkilərinə də işarə edib və deyib: Təhlükəsizlik, sabitlik və inkişaf seçkilər günü xalqın əzəmətli iştirakı ilə sözün həqiqi mənasında gerçəkləşmiş olacaq.