Apr 18, 2017 10:14 Asia/Baku
  • Ruhani: Bəzi ordular terrorizm və dövlət çevrilişlərinə dəstək verirlər
    Ruhani: Bəzi ordular terrorizm və dövlət çevrilişlərinə dəstək verirlər

İran İslam Respublikası prezidenti deyib: Bəzi ölkələrin ordularının adı digər ölkələrin daxili işlərinə qarışmaq, soyqırımı, terrorizmə dəstək, dövlət çevrilişi, xalq və qanunun tələblərinə etinasızlığı xatırladır, İran İslam Respublikası ordusu isə yaxşı ala yad edilir.

İİR prezidenti Həsən Ruhani bu gün İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin(r.ə) məzar kompleksinin kənarında ordu gününü anım mərasimində etdiyi çıxışında ordu gününü təbirk edərək deyib: İran ordusu nizam-intizamı, imanı və ölkəni müdafiəni, qanun, milli mənafe çərçivəsində fəaliyyəti xatırladır. 

Ruhani deyib: İran daima qarşıdurmalar və çaxnaşmaların əleyhinədir amma başqalarının məkirli planları qarşısında ayıqlığını saxlayıb və özünün önləyici gücünü gün-gündən artırıb. 

İİR prezidenti deyib: İranın silahlı qüvvələri hücumçu deyil və göstərib ki, təcavüzkarlara qarşı son dərəcə qətiyyətli müdafiə edir. 

Ruhani İran İslam Respublikası ordusu və silahlı qüvvələrinin iman, ilahi stimul və fədakarlıq kimi xüsusiyyətlərə malik olduğunu bildirərək, deyib: Çox nadir ölkələr belə cəhətlərə malikdir və heç bir güc, hərbi təchizat və imkanlar İranın silahlı qüvvələrinin iman və stimulunu əvəz edə bilməz. 

İran prezidentinin çıxışından sonra İİR ordusunun dəniz, quru və hava qoşunlarının nümunəvi bölmələri parad keçirib. Bu gün İranda ordu günüdür. 

Teqlər