Apr 19, 2017 09:00 Asia/Baku
  • 510 milyon dollarlıq elmi əsaslı məhsul ixrac olunub
    510 milyon dollarlıq elmi əsaslı məhsul ixrac olunub

İranın elmlər, araşdırma və texnologiya naziri deyib ki, ötən dörd ildə 510 milyon dollarlıq elmi əsaslı məhsul ixrac olunub.

IRNA-nın məlumatına görə, İranın elmlər, araşdırma və texnologiya naziri Məhəmməd Fərhadi dünən universitet rektorlarının Tehranda İran prezidenti Həsən Ruhani ilə görüşündə əlavə edib: Ötən ildə İranın elmi əsaslı məhsullarının ixracatı 16 qat artıbdır.

Fərhadi söyləyib: İranın beynəlxalq elm istehsalındakı elmi dərəcəsi dörd pillə yüksələrək, 2013-cü ildəki 21-ci yerdən 17-ci yerə çatıbdır.

O, həmçinin deyib: İranın elmi məqalələr istehsalı tərəqqisi sahəsindəki dərəcəsi də dünyada elm istehlsal edən 25 üstün ölkə arasında 25-ci yerdən 1-ci yerə çatıbdır. Beləliklə, İranın yeri, elm kəmiyyəti istehsalı sahəsində 4, keyfiyyətli elm istehsalı sıçrayışı sahəsində isə 25 pillə yüksəlibdir.

Teqlər