Apr 19, 2017 12:53 Asia/Baku
  • Ruhani: Dövlət var gücü ilə seldən zərərçəkənlərə kömək edəcək
    Ruhani: Dövlət var gücü ilə seldən zərərçəkənlərə kömək edəcək

İran prezidenti deyib ki, dövlət seldən zərərçəkənlərə yardım və onların problemlərinin aradan qaldırılması üçün var gücü ilə səy göstərir.

Cümə axşamı və cümə günləri İranın Şərqi Azərbaycan vilayətinin müxtəlif məntəqələrində selin baş verməsi nəticəsində Azərşəhr və Əcəbşir şəhrestanlarına maliyyə xəsarətlərinin dəyməsindən əlavə, bu hadisə 42 nəfərin də ölməsinə də səbəb olubdur ki, indiyədək 37 nəfərin cənazəsi tapılıbdır.

İran prezidenti  Həsən Ruhani bu gün Şərqi Azərbaycan vilayətinə daxil olduqdan sonra bu vilayətdə seldən zərərçəkənlərin ailələrinə başsağlığı verib. O, bildirib ki, İran dövləti bu kədərli hadisənin əvvəlindən energetika nazirini bölgəyə göndərmək və vali vasitəsilə atılmış addımları izləyərək, bu vilayət əhalisinə yardım üçün yaxşı addımlar atıb və araşdırmalar aparıbdır.

Ruhani söyləyib ki, Şərqi Azərbaycan vilayətinə səfərində əvəzsiz yardımlar və aşağı faizli imkanlar, həmçinin seldən zərər çəkmiş əhalinin problemlərinin aradan qaldırılması məqsədilə təkmilləşdirici işlər nəzərdən keçiriləcək.

İran prezidenti Şərqi Azərbaycan vilayətində seldən zərər çəkmiş əhalinin son durumunu araşdırmaq və bir neçə vilayət layihəsini istifadədyə vermək məqsədilə bu vilayətin mərkəzi olan Təbrizə səfər edibdir.

Teqlər