İran və Rusiyanın münasibətlərin genişləndirilməsi üzrə müzakirələri
https://azeri.sahartv.ir/news/İran-i266322-İran_və_rusiyanın_münasibətlərin_genişləndirilməsi_üzrə_müzakirələri
İranın Moskvadakı səfiri deyib ki, İran və Rusiya ekspetlərinin Moskvada keçirilən danışıqları qarşılıqlı əlaqələrin hərtərəfli inkişafına lazım olan bütün amil və zəminləri əhatə edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 19, 2017 12:34 Asia/Baku
  • İran və Rusiyanın münasibətlərin genişləndirilməsi üzrə müzakirələri
    İran və Rusiyanın münasibətlərin genişləndirilməsi üzrə müzakirələri

İranın Moskvadakı səfiri deyib ki, İran və Rusiya ekspetlərinin Moskvada keçirilən danışıqları qarşılıqlı əlaqələrin hərtərəfli inkişafına lazım olan bütün amil və zəminləri əhatə edir.

İran və Rusiya ekspertlərinin danışıqları İran səfirliyinin həmkarlığı ilə bu gün Moskvada başlanıb.

IRIB-nin məlumatına görə, İranın Moskvadakı səfiri Mehdi Sənayi bu gün İran və Rusiya ekspertlərinin ilk Moskva danışıqlarının formatı barədə belə əlavə edib: Bu kimi proqramlar və danışıqların önəmi və səbəbi, regional və beynəlxalq şəraitdə sürətli dəyişikliklər üzrə danışıqlar və proqramlardır.

Sənayi bildirib ki, İran və Rusiya müxtəlif regional və beynəlxalq mövzularda məşvərətdədirlər. O, söyləyib: Bu müzakirələr regional və beynəlxalq sahələrdə günün mühüm mövzularında İran və Rusiyanın baxışı barədə əhatəli informasiyaları iki ölkənin elitasının ixtiyarına verə bilər.

İran və Rusiya ekspertləri arasındakı danışıqların ilk iclasında Rusiyanın Müdafiə və Xarici Siyasət Şurasının sədri Fyodor Lukyanov, İran Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar və Təlim Mərkəzinin sədri Mohəmməd Kazem Səccadpur, həmçinin iki ölkənin universitet müəllimləri iştirak ediblər.