12-ci prezident seçkilərinin seçkiqabağı təşviqat-təbliğat kampaniyası başlandı
https://azeri.sahartv.ir/news/İran-i266490-12_ci_prezident_seçkilərinin_seçkiqabağı_təşviqat_təbliğat_kampaniyası_başlandı
İranın Seçki Qərargahının rəhbəri cümə axşamı gecə 12-ci prezident seçkilərinə namizədlərin adlarının rəsmən elan olunmasından sonra deyib: İranın Seçki Məcəlləsinin 66-cı maddəsinə əsasən, elə indidən 12-ci prezident seçkilərinin seçkiqabağı təbliğat-təşviqat kampaniyasına başlamaq maneəsizdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 21, 2017 04:09 Asia/Baku
  • 12-ci prezident seçkilərinə namizədləri
    12-ci prezident seçkilərinə namizədləri

İranın Seçki Qərargahının rəhbəri cümə axşamı gecə 12-ci prezident seçkilərinə namizədlərin adlarının rəsmən elan olunmasından sonra deyib: İranın Seçki Məcəlləsinin 66-cı maddəsinə əsasən, elə indidən 12-ci prezident seçkilərinin seçkiqabağı təbliğat-təşviqat kampaniyasına başlamaq maneəsizdir.

İRİB-in məlumatına görə, Əli Əsğər Əhmədi xatırladıb: İranın Seçki Məcəlləsinin 66-cı maddəsinə əsasən, prezident seçkilərinin namizədlərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində fəaliyyətləri səlahiyyəti təsdiqlənən adların açıqlandığı tarixdən rəsmən başlanır. 

İranın Seçki Məcəlləsinin 66-cı maddəsinə əsasən, seçkiqabağı təbliğat-təşviqat kampaniyası 18 may saat 8:00-a qədər davam edəcək. 

İranda 12-ci prezident və 5-ci Şəhər və Kənd İslam Şuraları seçkiləri 19 mayda keçiriləcək.