Tehranın imam cüməsi: Xalq seçkilərlə İranın qüdrətini əks etdirəcək
Tehranın bu həftəki cümə namazının xətibi deyib: İran xalqı qarşıdakı seçkilərdə irimiqyaslı iştirakı ilə İslam Respublikasının qüdrətini əks etdirəcək.
Tehranın bu həftəki cümə namazı müvəqqəti imam cümə Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmaninin imaməti ilə qılınıb.
Cümə namazı xütbələrində xalqın seçkilərə həssas şəkildə yanaşdığını diqqətə çatdıran imam cümə xatırladıb: İran xalqı öz möhtəşəm iştirakı ilə İslam Respublikası quruluşunun möhkəm xalq dəstəyinə malik olduğunu əks etdirəcək.
Tehranın bu həftəki cümə namazının xətibi vətəndaşların namizədlərin müsbət və mənfi parametrlərini diqqət mərkəzində saxlamalı olduqlarını deyib: Səlahiyyətləri təsdiqlənən namizədlər yerinə yetirilməyəcək vədlər verməməlidirlər.
Ayətullah Müvəhhidi Kirmani həmçinin ABŞ-ın Suriyanın Homs vilayətində Əş-Şəirat hava bazasına hücumuna münasibət bildirib: ABŞ-ın Suriyaya hücumu unudulası deyil.
Tehranın müvəqqəti imam cüməsi amerikalıların cinayət və xəbisliklərnin hər gün daha artdığını deyib: ABŞ həmişə ölkələri zəiflətməklə onları məhvə sürükləməyə çalışır.