Ruhani: İslam Sivilizasiyasının ən yaxşı simvolu
İran İslam Respublikası prezidenti Həsən Ruhani deyib: İslam Sivilizasiyasını dərk etməyin ən yaxşı yolu kitabları mütaliə etmək, keçmişdəkilərin irsini öyrənmək və İslam sivilizasiyasına aid mühüm şəhərlərin memarlığını müşahidə etməkdir.
Həsən Ruhani ötən gün Qəzvin şəhərində keçirilən İslam Şəhrləri Ümumdünya Assambleyasının 5-ci iclasının bağlanış mərasimində deyib: İslam Sivilizasiyasını dərk etmək üçün mühüm İslam şəhərlərində qalan memarlıq nümunələrini mütaliə etmək, şərqdə, o cümlədən Hindistan Yarımadasında, Aralıq dənizi sahillərində, Afrikanın şimalında və Yaxın Şərq ölkələrində və İranda olan abidələri öyrənmək lazımdır.
Həsən Ruhani müxtəlif ölkələrin şəhərləri ilə İran şəhərləri arasında yaxın əlaqələrin qurulmasını zəruri adlandırıb və deyib: Şəhərlərin idarə edilməsi və turizmin genişləndirilməsi üçün təcrübələrdən istifadə etmək lazımdır.