Apr 23, 2017 15:15 Asia/Baku
  • ABŞ İranın dinc məqsədlər üçün olan nüvə proqramına qarşı təxribat ardıncadır
    ABŞ İranın dinc məqsədlər üçün olan nüvə proqramına qarşı təxribat ardıncadır

İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri deyib: ABŞ rəsmilərinin İranın nüvə fəaliyyətləri barədə səsləndirdikləri son fikirlərdən fitnə qoxusu gəlir.

ABŞ dövlət katibi Reks Tillerson cümə axşamı iddia edib ki, İran ilə nüvə anlaşması öz məqsədlərinə çatmaqda uğursuzluğa düçar olub və nüvə anlaşması İranın bir nüvə ölkəsinə çevrilmək üzrə məqsədini sadəcə təxirə salıb.

General-mayor Hsüyn Dehqan bazar günü Tehranda hüquq-mühafizə qüvvələri komandanlarının iclasında deyib: Terrorçu münafiqlər qruplaşmasından alınmış bu sözlərdən aydın olur ki, Amerika öz muzdlularından yəni münafiqlərdən informasiyalar alır. Halbuki, bu qruplaşma İran xalqı yanında heç bir dəyərə malik deyil.

İranın müdafiə naziri həmçinin deyib: İran dəfələrlə ABŞ-ın cavabını verib və İran xalqı heç bir qüdrət qarşısında təhqir və zorakılığa təslim olmayacaq. Və öz müdafiə və raket qüdrətini artırmaqdan geri çəkilməyəcək.

Teqlər