İran sərmayə qoyuluşu üzrə Yaxın Şərqdə ən təhlükəsiz ölkədir
Apr 23, 2017 16:45 Asia/Baku
-
İran sərmayə qoyuluşu üzrə Yaxın Şərqdə ən təhlükəsiz ölkədir
Danimarkanın İrandakı səfiri deyib: İran uğurlu daxili və xarici siyasətlərinə görə iqtisadi və ticarət məqsədli investisiyalar üçün Yaxın Şərqdə ən təhlükəsiz ölkədir.
Dani Anan bazar günü İranın mərkəzində yerləşən Ərak şəhərinə 2 günlük səfəri zamanı İRNA-ya verdiyi müsahibədə deyib: Davamlı təhlükəsizlik, bacarıqlı işçi qüvvəsi və qonşu ölkələrə asan çıxış İranın əsas xüsusiyyətlərindəndir.
Dani Anan əlavə edib: Danimarkanın sənaye və istehsal müəssisələri İranda sərmayə qoymağa maraq göstərirlər. Çünki, İranda sərmayə qoyuluşu Danimarkanın İran ilə qonşu ölkələrə çıxışını asanlaşdırmış olur.