İranın növbəti prezident seçkiləri 103 ölkədə keçiriləcək
İran İslam Respublikası 12-ci prezident seçkilərinə ölkədən kənarda nəzarət heyətinin başçısı deyib: Növbəti prezident seçkiləri 103 ölkədə, 132 diplomatik nümayəndəlikdə və 279 seçki qutusu vasitəsi ilə həyata keçiriləcək.
İRNA-nın verdiyi məlumata görə, İran İslam Respublikası 12-ci prezident seçkilərinə ölkədən kənarda nəzarət heyətinin rəhbəri Həsən Qəşqavi bu gün mətbuat konfransında etdiyi çıxışında xaricdə yaşayanı iranlıların 2 milyon 500 min nəfərinin səs vermək hüququna malik olduğunu bildirərək deyib: Seçkilərin keçirildiyi gündə Amerikanın müxtəlif şəhərlərində 30 seçki qutusu, Birləşmiş Ərəb Əmirliklərində 30 və İraqın Bağdad, Ərbil, Kərbəla, Nəcəf , Bəsrə və Süleymaniyə şəhərlərində cəmi 22 seçki qutusu nəzərdə tutulub.
İran İslam Respublikasında 12-ci prezident seçkiləri Şəhər və Kənd İslam Şuraları seçkiləri ilə eyni zamanda cari milad ili mayın 19-da keçiriləcək.