Apr 27, 2017 09:47 Asia/Baku
  • İranda prezidentliyə namizədlər proqramlarını açıqlamağa başlayıblar
    İranda prezidentliyə namizədlər proqramlarını açıqlamağa başlayıblar

İranda prezidentliyə namizəd olan Məhəmməd Qalibaf və Mustafa Haşemitəba habelə, hazırkı prezident Həsən Ruhani öz platformalarına aydınlıq gətiriblər.

İran İslam Respublikasının hazırkı prezidenti və 12-ci prezident seçkilərinin namizədlərindən olan Həsən Ruhani çərşənbə günü jurnalistlər qarşısında deyib: Problemləri həll etmək üçün yerli imkanlara, istehsala, xalqa, gənclərə və yerli sərmayələrə diqqət göstərmək lazımdır. 

Həsən Ruhani əlavə edib: İran böyük potensiallara malikdir və bu potensiallardan biri xarici sərmayə qoyuluşunu cəzb etmək qüdrətinə malik olmaqdır. 

İranda 12-ci prezident seçkilərinin digər namizədləri olan Məhəmməd Baqer Qalibaf da çərşənbə günü verdiyi açıqlamada özünün ən mühüm proqramlarına aydınlıq gətirib və yeni iş yerlərinin açılmasını, texnologiya sahəsinə əlavə diqqətin göstərilməsini və neft-kimya sənayesinin inkişaf etdirilməsini əsas proqramlarından adlandırıb. 

Qalibaf həmçinin, qaçaqmalçılıq ilə mübarizə aparmaq üçün İranın pul və maliyə siyasətlərinin dəyişdirilməsinə də təkid edib. 

Prezidentliyə namizədlərdən olan Mustafa Haşemitəba da çərşənbə günü axşam İranın 1-ci telekanalından  yayımlanan seçki proqramında İranda sabitlik və təhlükəsizliyin qorunmasına təkid edib və deyib: İranın bütün sərvəti ölkənin abadlaşdırılmasına sərf edilməli və xalqın məişəti yaxşılaşdırılmalıdır. 

Haşemitəba həmçinin, İran silahlı qüvvələrinin gücləndirilməsinə təkid edərək, müqavimət iqtisadiyyatının gerçəkləşdirilməsini və turizm sənayesinə diqqətin ayrılmasını önəmli adlandırıb. 

İranda 12-ci prezident seçkiləri 19 May 2017-ci ildə keçiriləcək. 

Teqlər