İranda prezident seçkilərinə 6 namizədin ilk seçki debatı başlanıb
İranda 12-ci prezident seçkilərinə 6 namizədin ilk seçki debatı bu gün axşam İranın Televiziya və Radio Təşkilatında başlanıb.
İranda 12-ci prezident seçkilərinə 6 namizəd- Həsən Ruhani, Seyid İbrahim Rəisi Sadat, Seyid Mustafa Ağa Mir Səlim, Mohəmməd Baqir Qalibaf, Seyid Mustəfa Haşemi Təba və İshaq Cahangiri ictimai mövzuda olan ilk debatlarında öz proqram və baxışlarını təqdim ediblər.
İranda 12-ci prezident seçkilərinə 3 namizəd debatdan öncə debat mövzusu barədə öz baxışlarını şərh edib.
İranda 12-ci prezident seçkilərinə namizəd Seyid İbrahim Rəisi Sadat ilk seçki debatında iştirak məqsədilə İranın Televiziya və Radio Təşkilatına daxil olarkən deyib ki, ictimai zərərləri müzakirə etmək üstünlük təşkil edir, zira bu, xalqı düşündürən bir problemdir.
Prezident seçkilərinə digər namizəd Mohəmməd Baqir Qalibaf da müxbirlərə deyib: İctimai mövzular cəmiyyətin ən mühüm məsələləridir.
İranda 12-ci prezident seçkilərinə namizəd Seyid Mustəfa Haşemi Təba da debat studiyasına daxil olarkən müxbirlər qarşısında ictimai mövzuların əhəmiyyətinə işarə edib.
İranda 12-ci prezident seçkiləri mayın 19-da keçiriləcək.