May 01, 2017 09:26 Asia/Baku
  • Qazızadə Haşemi: İkinci münazirənin mövzusu siyasi-mədəni
    Qazızadə Haşemi: İkinci münazirənin mövzusu siyasi-mədəni

İran İslam Respublikasında 12-ci prezident seçkiləri təbliğatlarına nəzarət komissiyasının sözçüsü prezident seçkiləri namizədlərinin 2-ci tele-debatının siyasi-mədəni mövzuya malik olacağını bildirib.

Seyid Ehsan Qazızadə Haşemi İRNA-ya verdiyi müsahibədə deyib: Komissiyanın razılığı ilə ikinci debat cümə günü keçiriləcək və debatın mövzusu daxili və xarici siyasət və mədəniyyət məsələləri olacaq. 

Seyid Ehsan Qazızadə Haşemi əlavə edib: Həmçinin, qərara alınıb ki, namizədlərin ilk debatdakı zaman fərqləri ədalətli şəkildə onların zamanlarından azaldılsın. 

O, həmçinin deyib: Komissiyanın qərarına əsasən 3-cü debat 12 Mayda iqtisadiyyat mövzusu ilə təşkil ediləcək. 

İranda 12-ci prezident seçkiləri namizədlərinin ilk tele-debatı 28 Apreldə ictimai məsələlər mövzusunda təşkil edildi və namizədlər ictimai məsələlərlə bağlı öz proqramlarını şərh etməklə yanaşı, rəqiblərinin suallarını da cavablandırıblar. 

İranda 12-ci prezident seçkiləri 19 Mayda keçiriləcək. 

Teqlər