May 03, 2017 09:46 Asia/Baku
  • İraqçı: Heç bir müdafiə zərurəti bəzi silahlardan istifadəni əsaslandıra bilməz
    İraqçı: Heç bir müdafiə zərurəti bəzi silahlardan istifadəni əsaslandıra bilməz

İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini deyib: İran İslam Respublikasının strategiyasında heç bir müdafiə zərurəti bəzi silahlardan istifadəni əsaslandıra bilməz.

Abbas İraqçı çərşənbə axşamı "Ümumdünya minalarla tanışlıq və ona qarşı mübarizə günü" münasibəti ilə Tehranda keçirilən seminarda deyib: Müharibə dövründən qalmış partlayıcıların xüsusi ilə qəlpələnən partlayıcıların təmizlənməsi dünyada ən çətin işlərdən sayılır. Çünki, minalar hətta, müharibələr başa çatdıqdan sonra belə partlayaraq, qurban almaqda davam edir.

İraqçı əlavə edib: İran İslam Respublikası İslam təlimlərinə əsasən silahlar ilə mübarizənin ən təsirli yolunu ölkələr arasındakı müharibələrin siyasi, ictimai, iqtisadi və mədəni köklərinin araşdırılması olduğuna inanır.

İran xarici işlər nazirinin müavini həmçinin deyib: İran daim beynəlxalq konfranslar və dairələrdə kütləvi qırğın silahlarının istehsalı, köçürülməsi və istifadəsinin qadağan edilməsinə təkid edib və bu silahlarla mübarizədə öncül ölkələrdən biridir.

İraqçı kasset bombalardan istifadəyə də işarə edib və deyib: Bu kimi silahlardan istifadə heç bir müdafiə zərurəti ilə əsaslandırıla bilməz. Amma, təəssüflər olsun ki, Ali-Səud Yəməndə bu kimi silahlardan geniş şəkildə istifadə edir və Qərb bu cinayətlər qarşısında sükuta dalıb.

Ümumdünya minalarla tanışlıq və ona qarşı mübarizə günü seminarı çərşənbə axşamı İran rəsmiləri, xarici ölkə səfirləri və hərbi attaşelərinin iştirakı ilə Tehranda keçirilib.

Teqlər