İranın Gülüstan vilayətində üç gün matəm elan olunub
https://azeri.sahartv.ir/news/İran-i267964-İranın_gülüstan_vilayətində_üç_gün_matəm_elan_olunub
İranın Gülüstan vilayətinin Azadşəhr şəhərindəki "Zemestan Yurt" daş kömür mədənində partlayış hadisəsində bir qrup mədən işçisinin həlak olmasına görə, bu vilayətdə üç gün matəm elan olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 04, 2017 04:58 Asia/Baku
  • İranın Gülüstan vilayətində üç gün matəm elan olunub
    İranın Gülüstan vilayətində üç gün matəm elan olunub

İranın Gülüstan vilayətinin Azadşəhr şəhərindəki "Zemestan Yurt" daş kömür mədənində partlayış hadisəsində bir qrup mədən işçisinin həlak olmasına görə, bu vilayətdə üç gün matəm elan olunub.

IRIB-nin məlumatına görə, dünən Azadşəhr şəhərindəki "Zemestan Yurt" daş kömür mədənində partlayış nəticəsində təqribən 35 nəfər problemlə üzləşibdir ki, yardımçılar 21 nəfərin cənazəsini tapıblar.

Azadşəhr şəhərindəki "Zemestan Yurt" daş kömür mədəni Gülüstan vilayətinin mərkəzi olan Qorqan şəhərindən 90 kilometr şərqdə yerləşir.