May 06, 2017 15:51 Asia/Baku
  • Laricani: Yaxın Şərq önəmli neft və qaz regionudur
    Laricani: Yaxın Şərq önəmli neft və qaz regionudur

İran İslam Şurası Məclisinin sədri deyib: Yaxın Şərq müxtəlif ölkələrə çoxlu təsir göstərən neft və qaz sahəsində önəmli regiondur.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani Tehranda keçirilən XXII Beynəlxalq Neft, Qaz, Neftayırma və Neft-Kimya Sərgisi ilə yaxından tanış olub. Sərgidə çıxış edən Laricani İranda davamlı təhlükəsizliyə diqqət çəkib: Hal-hazırda neft və qaz sektorunda investisiya yatırmaq üçün təhlükəsizlik və dəstəklər baxımından İranın bugünkü şəraiti münasibdir.

XXII Beynəlxalq Neft, Qaz, Neftayırma və Neft-Kimya Sərgisi şənbə günü yüzlərlə İran şirkəti və dünyanın 37 ölkəsindən 1500 xarici şirkətin iştirakı ilə Tehranda işə başlayıb.

Laricani regionun həssas şəraitinə də münasibət bildirib: Ötən dekada ərzində Yaxın Şərq regionunda terrorizm genişlənib. Əlbəttə son illərdə İran İslam Respublikasının siyasətlərinə görə, regionun şəraiti dəyişib və beynəlxalq ictimaiyyət İranın siyasətlərini qəbul edib.

Laricani bildirib: Mübarizə və terrorçuların məhv edilməsinə rəğmən, regionun bəzi ölkələrinin davranışlarına görə, terrorçuların məsələsi hələ də regionun ilk məsələsidir və terrorçuların iştirakının azaldığını demək olmaz.

İran İslam Şurası Məclisinin sədri regiondakı bəzi münaqişələr, o cümlədən Yəmən və Bəhreyn böhranına da toxunub: Hər bir kiçik yanlışlıq təhlükəsizlik baxımından regionun bütün vəziyyətini dəyişdirə bilər.

Teqlər