Laricani: Zalım qüvvələr region üçün problem yaratmağa cəhd göstərirlər
İranın islami şura məclisinin sədri Səudiyyə Ərəbistanının müdafiə nazirinin anti-İran bəyanatına münasibət bildirərkən deyib: Səudiyyəlilərin bəyanatları zalım qüvvələrin region üçün problem yaratmaq cəhdlərindən xəbər verir.
Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd Bin Salman mayın 2-də demişdi ki, İran regionda özünə məxsus siyasət yeridir və belə bir şəraitdə Səudiyyə Ərəbitanı İranla anlaşa bilməz. O həmçinin demişdi ki, Səudiyyə Ərəbistanı sərhədlərindəki savaşı İranın daxilinə çəkəcək.
İİR parlament sədri Əli Laricani bu gün parlamentin açıq iclasında deyib: Bəzi ölkələr regionda avanturistlik nümayəndəsinə çevriliblər və səudiyyə rəsmilərinin son bəyanatları cavab veriləcək həddə olmasa da dünyanın zalım qüvvələrinin region üçün problem yaratmaq cəhdlərindən xəbər verir.
Laricani deyib: Müsəlmanlar arasında təfriqə salmaq ardınca olan bu kimi dövlətlərin hərəkətləri nəticəsində sionistlər üçün şərait yaranıb.
İranın islami şura məclisinin sədri həmçinin marikan rəsmilərin nüvə mövzusundakı bəyanatlarına da münasibət bildrərkən deyib: Amerikalıların bu kimi əsassız bəyanatları islam inqilabının böyük rəhbərinin nüfuzlu baxışını təsdiqləyir, o həzrət dəfələrlə buyurublar ki, seçkilərdə xalqın ciddi iştirakı ilə bu planlar məhv olacaq.
Laricani deyib: 19 may seçkilərində İran xalqı geniş iştirakla düşmənlərin məkirli planları qarşısında müqavimət göstərəcək.