Sionist rejim Orta şərqin nüvə silahlarından təmizlənməsi qarşısında əsas maneədir
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi deyib: Sionist rejim Amerikanın kor-koranə dəstəyi ilə Orta şərqin nüvə silahlarından təmizlənməsi qarşısında ən əsas maneədir.
Rza Nəcəfi bu gün Vyanada nüvə silahlarının yayılmasını qadağan edən müqaviləyə yenidən baxılması üzrə konfransın ilkin komitəsinin iclasında etdiyi çıxışında nüvə silahlarının tamamiylə məhv edilməli olduğunu vurğulayaraq dünyanın bütün regionlarının bu silahlardan təmizlənilməsinin vacibliyinə təkid edib və deyib: Bu mövzu sionist rejimin nüvə silahlarının regional və beynəlxalq sülh və təhlükəsizliyi ciddi təhdid etdiyi və nigaranlıq doğurduğu Orta şərq məntəqəsi üçün xüsusi əhəmiyyətə malikdir.
Nəcəfi BMT-nin baş assambleyasının ayrı-ayrı qətnamələrinə və bu sahədə NPT-yə yenidən baxılması konfransının qərarlarına toxunaraq bu qətnamə və qərarların icra edilməməsi və Orta şərqdə nüvə silahlarından təmizlənmiş regionun reallaşmamasının sionist rejimin inadkarlığı və Amerika dövlətinin bu rejimə dəstəyinin nəticəsi olduğunu bildirib.