İslam şuralarına seçkilər və parlamentə ara seçkilərinin təbliğatı başlanıb
https://azeri.sahartv.ir/news/İran-i268804-İslam_şuralarına_seçkilər_və_parlamentə_ara_seçkilərinin_təbliğatı_başlanıb
Beşinci şəhər və kənd islam şuraları və İran İslam Şurası Məclisinin onuncu dövrünün ilk ara seçkilərinə namizədlərin təbliğatı mayın onu, saat 24-dən başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2017 04:06 Asia/Baku
  • İslam şuralarına seçkilər və parlamentə ara seçkilərinin təbliğatı başlanıb

Beşinci şəhər və kənd islam şuraları və İran İslam Şurası Məclisinin onuncu dövrünün ilk ara seçkilərinə namizədlərin təbliğatı mayın onu, saat 24-dən başlanıb.

ISNA-nın məlumatına görə, İranın seçki qərargahının sədri dünən gecə qeyd edib ki, beşinci şəhər və kənd islam şuraları və İran İslam Şurası Məclisinin onuncu dövrünün ilk ara seçkilərinə namizədlərin təbliğatı mayın 18-i, səhər saat səkkizdə başa çatacaq və ondan sonra hər cür təbliğat fəaliyyəti qadağandır.

Əli Əsğər Əhmədi deyib: Seçkilərin keçiriləməsilə bağlı bütün ləvazimatlar ölkə boyu bütün icra hakimiyyəti oranlarına göndərilib.

12-ci prezident seçkiləri beşinci şəhər və kənd islam şuraları və İran İslam Şurası Məclisinin onuncu dövrünün ilk ara seçkiləri ilə bir vaxtda 2017-ci il mayın 19-da keçiriləcək.