Qaçaqmalçılıq; İranda prezident seçkiləri namizədlərinin 3-cü tele-debatının mövzusu
İranda prezident seçkiləri namizədləri İranın 1-ci telekanalından canlı olaraq yayımlanan 3-cü və sonuncu tele-debatda ilk olaraq ixracat və qaçaqmalçılıq ilə mübarizə sahəsində sualları və rəqiblərinin tənqidlərini cavablandırıblar.
Prezidentliyə namizəd İshaq Cahangiri "Müqavimət iqtisadiyyatı çərçivəsində idxalın düzgün formada nizamlanması və qaçaqmalçılıq ilə mübarizə sahəsində nə kimi proqrama maliksiniz?" sualının cavabında deyib: "Müqavimət İqtisadiyyatında diqqət mərkəzində duran əsas önəmli məsələlərdən biri yerli istehsalın formalaşdırılmasıdır. Qaçaqmalçılıq daim ölkə iqtisadiyyatına və istehsala zərbə vurmaq istəyən şəxslər tərəfindən həyata keçirilir. Bu kimi insanlar şəxsi əlaqələrindən və səlahiyyətlərindən sui-istifadə edərək, özləri üçün fürsətlər yaradır və ölkə iqtisadiyyatını öz yolundan yayındırmağa çalışırlar."
Seçki namizədlərindən İbrahim Rəisi Sadat isə Cahangirinin çıxışına öz iradını bildirərək, deyib: "Bizim proqramlarımızın dayağı və arxası universitetlər tərəfindən həyata keçirilən elmi araşdırmalar və proqramlaşdırmalardır. Ölkənin bütün məhkəmə qrumları qaçaqmalçılıq ilə bağlı məhkəmə işlərini araşdırmaqla məşğuldurlar. Amma, əsas məsələ qaçaqmalçılığın önünü kəsməkdir. Çünki, profilaktika həmişə problemi həll etməkdən daha asandır. Belə olduğu təqdirdə, nəyə görə indiyə kimi qaçaqmalçılıq ilə dövlət səviyyəsində mübarizə aparılmayıb? Bu mümkündür. Əgər ilk başdan prinsipial şəkildə onunla mübarizə aparılmış olarsa."
Seçki namizədlərindən Haşimitəba da son tele-debatda qaçaqmalçılıq ilə mübarizə sahəsində öz proqramından danııb və deyib: "Müstəqilliyinə şəhidlər və fədakarlar tərəfindən zəmanət verilmiş bir ölkəyə qaçaq yolla bu həcmdə əmtəə məhsulunun gətirilməsi həqiqətən təəssüf doğuran bir məsələdir. Buna görə də gömrük məntəqələrinin nəzarəti gücləndirməsi və Azad Ticarət Zonalarından məhsul idxalına nəzarətin artırılması lazımdır."
İranda 12-ci prezident seçkiləri namizədlərindən Məhəmməd Baqer Qalibaf da İshaq Cahangirinin sözlərinə öz iradını bu formada bildirib: " 4%-lər məsələsini gündəmə gətirməkdə məqsədimiz qaçaqmalçılıq ilə nə üçün mübarizənin aparılmadığına təkid etməkdir. Qaçaqmalçılıq ilə mübarizədə əsas şərt profilaktikadır. Onun önlənilməsidir. Bəzi dövlət rəsmilərinin və müdirlərin habelə, bəzi işçilərin əmək haqlarının 800 min tümən olduğu bir dövlətdə necə olur ki, bəzi nazirlər fantastik əmək haqlarına malik olurlar?"
Prezidentliyə namizəd Mustafa Mirsəlim də Cahangirinin sözlərinə reaksiya olaraq qaçaqmalçılıq ilə mübarizə məsələsi barədə deyib: "Qaçaqmalçılıq rahatlıqla göz yuma biləcəyimiz bir məsələ deyil. Qaçaqmalçılığın ölkə üçün necə bir bəlaya çevrildiyinə siz aydınlıq gətirməlisiniz. İşsizlik probleminin yaranması və sosial problemlərin formalaşmasında qaçaqmalçılığın necə bir rola malik olduğunu izah edin. Siz, son 4 ildə hakimiyyətdə olmuş bir şəxs kimi bu məsələyə aydınlıq gətirməlisiniz. Məgər bütün bu müddət ərzində siz yatmışdınız, yoxsa bu məsələyə diqqət göstərməmisiniz? Necə olub ki, bu müddət ərzində bu sahədə heç bir addım atmayıbsınız və indi yadınıza düşüb və onun qarşısını almağa çalışırsınız?