Şimali Xorasanda zəlzələ nəticəsində 2 nəfər dünyasını dəyişib
https://azeri.sahartv.ir/news/İran-i269114-Şimali_xorasanda_zəlzələ_nəticəsində_2_nəfər_dünyasını_dəyişib
İranın Şimali Xorasan vilayətində ötən gecə baş verən zəlzələ ilə əlaqədar ilkin məlumatlara görə, azı iki nəfər həlak olub, onlarla nəfər də bədən xəsarəti alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 14, 2017 05:11 Asia/Baku
  • Şimali Xorasanda zəlzələ nəticəsində 2 nəfər dünyasını dəyişib
    Şimali Xorasanda zəlzələ nəticəsində 2 nəfər dünyasını dəyişib

İranın Şimali Xorasan vilayətində ötən gecə baş verən zəlzələ ilə əlaqədar ilkin məlumatlara görə, azı iki nəfər həlak olub, onlarla nəfər də bədən xəsarəti alıb.

İRİB-in məlumatına görə, Şimali Xorasan valisinin abadlıq məsələləri üzrə müavini Məhəmməd Hüseyn Əliniya ötən gecə vilayətin fövqəladə hallarla əlaqədar koordinasiya qərargahının iclasının kənarında deyib: İlkin məlumatlara görə, Bocnurdun qərbində ötən gecə baş verən 5,7 bal gücündə zəlzələ nəticəsində 2 nəfər dünyasını dəyişib və onlarla nəfər bədən xəsarəti alıb. 

Bocnurdun şimal-qərb kəndlərində, xüsusilə də Mane və Səməlqanda yüzlərlə evə xəsarətin dəydiyini deyən Əliniyanın sözlərinə görə, bütün xilasedici dəstələri tam hazır vəziyyətdə hadisə yerindədir. 

Şimali Xorasan valisinin müavini əlavə edib: Zəlzələ nəticəsində bəzi kəndlərə 20-70% xəsarət dəyib. 

Şənbə günü 22:31 radələrində Bocnurdun qərbində baş verən 5,7 bal gücündə zəlzələdən sonra indiyə qədər bu bölgədə 9 yeraltı təkan qeydə alınıb.