İranda seçkilərin təbliğat-təşviqat kampaniyası davam edir
Seçkilərin keçirilməsinə qalan günləri əks etdirən timer seçki təbliğat-təşviqat kampaniyasının sonuna 4 gündən az müddətin qaldığını göstərir və İran şəhərləri prezident və şəhər və kənd islam şuraları namizədlərinin şəkilləri ilə doludur.
Bu son günlərdə prezident və islam şuraları namizədlərinin təbliğat-təşviqat kampaniyası həyəcanlı turnirə bənzəyir.
Bəzi ekspertlər bu turniri iki mərhələli hesab edir. Lakin bu meydanın rəqibləri minimum zamandan maksimum faydalanırlar.
Prezident namizədləri və nümayəndələrinin ölkə boyunca seçki mitinqləri təşkil olunur. Ötən gün və bu gün də İran prezidentliyinə 6 namizəd konfranslar və təbliğat kampaniyaalrında xalqa verdikləri vədlər və proqramların icra olunması üzrə öz öhdəliklərini bəyan ediblər.
12-ci İran prezidentliyinə namizəd İbrahim Rəisi Sadat şənbə günü Urmiyədə milyonluq iş yerinin yaradılmasını mümkün və qanuni tələb adlandırıb: "Ölkənin likvidlik, ehtiyat və mütəxəssis kadr problemi yoxdur, ölkənin problemi icra idarəçiliyinin zəifliyidir".
Rəisi həmçinin Təbriz şəhərində deyib: "Zavodları aktivləşdirməklə yoxsul və ehtiyaclı kütləni işlə təmin etmək və sahibkarlar və investorları himayə etmək olar".
İran prezidentliyinə başqa namizəd Mustafa Ağa Mirsəlim də İranın cənub-qərbində Xuzestan vilayətində bu vilayətin iqtisadi və təbii sənaye potensiallarına toxunub: "Xuzestan əhalisi bu vilayətdə neft və qazın çıxarılmasından ətraf mühitin zədələnməsindən başqa heç bir fayda götürməyib və bu zəhərli qazları yandırmağın qarşısını almaqla ondan neft-kimya və elektrik üçün istifadə etmək olar. Bu da iş yerlərinin yaranması ilə nəticələnər".
İran prezidentliyinə 6 namizəddən biri Məhəmməd Baqir Qalibaf şənbə gecə İranın 2-ci telekanalının xüsusi dialoq proqramında bahalıq, işsizlik və durğunluğun aradan qaldırılmasını vurğulayıb: "Ölkəmizdə gündəmdə duran və vətəndaşların zərər çəkdiyi məsələ iqtisadi böhrandır".
Qalibaf əlavə edib: "6-cı proqramın gerçəkləşməsi və 5 milyon nəfərin işlə təmin olunması üçün insan resursu və texnologiya sərmayəsinə ehtiyaclıyıq".
12-ci İran prezidentliyinə digər namizəd İshaq Cahangiri də Tehranda seçki kampaniyasında çıxış edib: "İranın ən böyük sərmayəsi ali təhsilli gənclərdir və əgər dəyərlər və amallar ardıncayıqsa, gənclərə inanmalı və onlara etimad etməliyik".
İran prezidentliyinə başqa bir namizəd Mustafa Haşimitəba da İRİB İnformasiya Agentliyi ilə müsahibədə deyib: "Turizm sektorunda iş yerlərinin açılmasına şərait yaratmalıyıq və turizm sıx məşğuliyyət üçün yaxşı yoldur".
12-ci İran prezident seçkilərinə namizəd Həsən Ruhani də Tehranda keçirilən seçki kampaniyasında deyib: "İctimai təminatın həyat sisteminə inanırıq. Ötən dörd il ərzində imdad və səhiyyə komitəsinin təminatında olanların sayı üçqat artıb və bu yolu ölkədə yoxsulluğun tam aradan qaldırılmasına qədər davam etdirəcəyik".
Kütləvi İnformasiya Vasitələri və ictimai dairələr də nəzərdə tutduqları namizədləri seçmək üçün araşdırmadadırlar.
İran İslam İnqilabından ötən 38 il ərzində düşmənlərin hər dəfə İran xalqı ilə qarşılaşmaq üçün yeni və çeşidli qüvvələrlə daxil olduğuna görə, vətəndaşların seçkilərdəki iştirakı həssaslığı artırır. Qarşıdakı seçkilərdə Əhatəli Müştərək Təşəbbüs Proqramı qarşısında 5+1 qrupuna üzv ölkələrin öhdəliyə sadi qalmaması, sanksiyaları artırması, eləcə də bəzi önəmli məsələlər, o cümlədən ABŞ, İsrail və qərbin yetişdirdiyi İŞİD və əl-Qaidə kimi düşmənlərin məsələsini nəzərə alaraq, düşmənlər İran xalqını səhnədən kənarlaşdırmağa və yaxud diz çökdürməyə çalışırlar. Buna görə İranın ayıq-sayıq xalqı şəraiti dərk edərək seçkilərdə iştirakı ilə imperialist qüdrətlərn ağzından möhkəm yumruq vuracaqdır.
Həzrət İmam Xomeyni (rə) üç dekada öncə xalqın iştirakı haqqında İran xalqının haqqının qorunmasını buyurublar: Prezidentin təyin olunması bütün İran müsəlmanları və İran seçicilərinin hamısına vacib olan məsələlərdəndir. Bütün seçicilər müdaxilə etməlidirlər, əgər müdaxilə etməzlərsə, islama zərbə dəyər. Bizim hamımız ilahi ədalət məhkəməsində məsuluq.
Sizin hamınız, hamımız, qadın, kişi namaz qılmalı olduğunuz kimi öz taleyinizi təyin etməyə borclusunuz.
O həzrət vətəndaşların öz talelərini təyin etmək üçün səsvermə və azadlıq hüququ haqda buyurublar: Seçkilər üçün vətəndaşları sərbəst buraxmalıyıq və bir şəxsin vətəndaşlara qəbul etdirilməsi üçün iş görməməliyik.
İranda 12-ci prezident və 5-ci Şəhər və Kənd İslam Şuraları seçkiləri 19 may 2017-ci ildə keçiriləcək.