İranın Azərbaycan didərginlərinə yardımları alqışlanıb
Azərbaycan Respublikası baş nazirinin müavini və Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Qarabağ müharibəsi dövründə İran İslam Respublikasının Azərbaycan Respublikasına humanitar yardımlarını alqışlayıb.
İRNA-nın məlumatına görə, Əli Həsənov bazar günü İran İslam Respublikası Qırmızı Aypara Cəmiyyətinin sədr müavini Hüseyn Səffari ilə görüşdə dostluq və qardaşlığın həmişə çətin günlərdə özünü göstərdiyini qeyd edib: İmam Xomeyni (rə) İmdad Komitəsi və İran İslam Respublikası Qırmızı Aypara Cəmiyyətinin Azərbaycanın çətin günlərində Qarabağ müharibəsi dövründə bu ölkəyə humanitar yardımları əbədidir.
Həsənov əlavə edib: İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyəti o çətin illərdə Azərbaycan üçün hamıdan öncə bu ölkənin müharibə didərginlərinin köməyinə gəldiyini və humanitar yardımlar təqdim edərək Biləsuvar, Saatlı və Sabirabad rayonlarında 7 çadır şəhərciyi yaratdı və 50 minə yaxın müharibə didərginini yerləşdirdi.
Azərbaycan baş nazirinin müavini həmçinin iki ölkənin əlaqələrinə toxunub: İran və Azərbaycanın əməkdaşlıqları təkcə iqtisadiyyatla kifayətlənməməli, humanitar sahələrdə də genişlənməlidir.
Hüseyn Səffari də bu görüşdə deyib: İran İslam Respublikası bütün sahələr, o cümlədən humanitar yardımlar sahəsində Azərbaycan Respublikası ilə əməkdaşlıqların genişləndirilməsinə hazırdır.
Səffari dünyanın 14 ölkəsində İranın Qırmızı Aypara Cəmiyyətinin xəstəxanalarının fəaliyyət göstərdiyini diqqətə çəkib və bu humanitar qurumun Azərbaycanda fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
İran İslam Respublikası Qırmızı Aypara Cəmiyyətinin sədr müavini həmçinin fövqəladə hadisələrdə xilasetmə, reabilitasiya, əlillər və ehtiyaclı xəstələrə kömək etmək sahəsində Azərbaycanla təcrübələrin mübadiləsinə İranın hazır olduğunu bildirib.
İran İslam Respubliikasının Qırmızı Aypara Cəmiyyətinin sədr müavini ötən cümə iki ölkə əməkdaşlıq yollarının araşdırılması məqsədilə 3 günlük səfər çərçivəsində Azərbaycana səfər edib.