Qalibaf Rəisiyə dəstək bəyanatı verib
https://azeri.sahartv.ir/news/İran-i269286-qalibaf_rəisiyə_dəstək_bəyanatı_verib
12-ci İran prezidentliyinə namizəd Məhəmməd Baqir Qalibaf bir bəyanatda bütün tərəfdarlarından prezidentliyə digər namizəd İbrahim Rəisi Sadatın uğur qazanması üçün bütün dəstək və potensialdan istifadə etmələrini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 15, 2017 12:35 Asia/Baku
  • Qalibaf Rəisiyə dəstək bəyanatı verib
    Qalibaf Rəisiyə dəstək bəyanatı verib

12-ci İran prezidentliyinə namizəd Məhəmməd Baqir Qalibaf bir bəyanatda bütün tərəfdarlarından prezidentliyə digər namizəd İbrahim Rəisi Sadatın uğur qazanması üçün bütün dəstək və potensialdan istifadə etmələrini istəyib.

Məhəmməd Baqir Qalibaf bazar ertəsi günü bir bəyanatda bildirib: İnqilab cəbhəsində birlik məqsədilə əsaslı və önəmli qərar vermək lazımdır. Buna görə bu böyük amalın qorunması üçün bütün İranda öz ictimai tərəfdarlarımdan istəyirəm ki, İbrahim Rəisi Sadatın uğur qazanması və xalqa xidmət istiqamətində İş və Kəramət hökumətinin iqtidara gəlməsi üçün bütün dəstək və potensialdan istifadə etsinlər. 

İran prezidentliyinə başqa bir namizəd Mustafa Haşimitəba da bazar ertəsi günü bir bəyanatda prezidentliyə digər namizəd Həsən Ruhaniyə dəstəyini elan edib: Hazırkı hökumətin quruculuq hərəkətinin davam etməsi çərçivəsində öz səsimi Həsən Ruhaniyə verirəm. 

12-ci İran prezident seçkiləri gələn cümə günü keçiriləcək.