May 16, 2017 13:59 Asia/Baku
  • Xobreqan məclisinin bəyanatı
    Xobreqan məclisinin bəyanatı

Rəhbəri təyin edən Xobreqan Məclisinin sədri 19 may prezident seçkiləri barədə deyib: Seçki günündə İran xalqı islami quruluşun mühafizəsində əzmkar olduğunu, öz birliyini və yüksək əhval-ruhiyyəsini nümayiş etdirəcək.

İRNA-nın verdiyi məlumata görə, Ayətullah Əhməd Cənnəti bu gün bir bəyanat yayaraq bildirib: İran xalqı seçkilərdə geniş və ciddi iştirakla  özünün məsuliyyətsevərliyi və izzəti səhnələrini dəfələrlə yaratmışdır və bu cümə də özünün dini, inqilabçı və milli vəzifəsini yerinə yetirmək üçün səhnəyə gələcək. 

Ayətullah Cənnəti seçkilərdə tam agahlıqla və düşməni sarsıdacaq formada iştiraka hazırlanan İran xalqına öz təşəkkürünü bildirərək, seçki namizədlərini müqavimət iqtisadiyyatının reallaşması məqsədi ilə xalqın məişət problemlərini diqqətdə saxlamağa, iş yerlərinin yaradılması , istehsalın artırılması, durğunluq vəziyyətinə, işsizliyə və bahalığa son qoyulması və təbəqələr arası məsafəni azaltmaq üçün dəqiq proqramlaşdırmalara çağırıb. 

Teqlər