Cahangiri bəyanat verib
-
Cahangiri bəyanat verib
İran İslam Respublikasında 12-ci prezident seçkilərinə namizəd İshaq Cahangiri bu gün bir bəyanat yayaraq Həsən Ruhaninin xeyirinə seçki rəqabətlərindən kənar çəkildiyini bildirib.
İRİB-in verdiyi məlumata görə, bəyanatda deyilir: İran prezient və şəhər və kəndlərin islami şuralarına iki önəmli seçki astanasındadır. Milli məsələlərə beynəlxalq fürsət və böhranlara diqqət, bu seçkilərin xüsusi əhəmiyyəti və həssaslığını dərk etmək, onda geniş iştirakın vacibliyinə səbəb olub. Namizədlikdən kənar çəkilərək var gücümlə Həsən Ruhanini himayə edəcəyəm və onun gələcək proqramlarının icrasına xidmət göstərəcəyəm.
Cahangiri öz tərəfdarlarını seçkilərdə geniş və fəal iştirak etməklə tam güclə böyük işlər görmək istəyən prezident və hökumətin yardımına gəlməyə çağırıb.
Dünən də `12-ci prezident seçkilərinə namizəd Məhəmməd Baqir Qalibaf bir bəyanat yayaraq öz tərəfdarlarından İbrahim Rəisiyə dəstək vermələrini istəmişdi.