İran seçkilərində 70%-dən yuxarı iştirak proqnoz edilir
İranın daxili işlər naziri deyib ki, son mötəbər rəy sorğusuna əsasən, cümə günü keçiriləcək seçkilərdə İran xalqının 72%-i iştirak edəcək. Eyni zamanda bu miqdarın qarşıdakı iki gün ərzində artacağı gözlənilir.
İranda 12-ci prezident seçkiləri şəhər və kənd islam şuralarına 5-ci seçkilərlə bir zamanda mayın 19-da keçiriləcək.
İranın daxili işlər naziri Əbdürreza Rəhmani Fəzli dünən gecə ölkənin 2-ci telekanalı ilə müsahibədə əlavə edib: İran xalqından 56 milyon 410 min 234 nəfər səsvermə şəraitinə malikdir və təqribən bir milyon 500 min nəfər də 12-ci prezident seçkiləri və şəhər və kənd islam şuralarına 5-ci seçkilərdə icraçı və nəzarət amili olacaqdır.
Rəhmani Fəzli 350 min nəfərin seçkilərin təhlükəsizliyi məsuliyyətinə malik olduğunu bildirərək, deyib ki, seçkilər üçün 63 min 429 seçki məntəqəsi nəzərdə tutulubdur ki, onların 14 mindən çoxu səyyar seçki qutusudur.
O, söyləyib: Səsvermənin başa çatmasından sonra seçkilər barədə protokol İranın Daxili İşlər Nazirliyinə və Nigəhban Şuraya göndəriləcək və prezident seçkilərindəki səslərin toplanmasından sonra qanun əsasında daxili işlər naziri yekun nəticəni elan edəcəkdir.