Seçki bülleteni
Təqvimin səhifələri seçkilərin keçirilməsi üçün özünün kulminasiya nöqtəsinə yaxınlaşıbdır.
Prezident seçkiləri, eləcə də şəhər və kənd şuraları seçkiləri namizədlərinin təbliğatı üçün bir gündən də az bir vaxt qalıbdır və bu fürsətdə şövq və həyəcan özünün kulminasiya nöqtəsinə çatır. Namizədlər və onların tərəfdarları ən açar cümlələrdən istifadə edərək, xalqı özlərinə tərəf çağırırlar.
Daha çox islam şuralarına namizədlərin təbliğat şəkil və plakatları ilə bəzədilmiş küçə təbliğatları geniş bir həcmə malik olubdur.
Namizədlərin tərəfdarlarının debatları və klub görüşləri bu seçki fürsətinin digər vasitələrindəndir. İki əsas rəqib namizəd olan Seyid İbrahim Rəisi və Həsən Ruhaninin dünənki və bugünkü geniş həcmli səfərləri özünün külminasiya nöqtəsinə çatıbdır. Cənab Seyid Mustafa Haşemi Təba təkcə İranın TeleRadio Təşkilatı vasitəsilə təbliğat aparmaqla kifayətlənibdir. Cənab Mirsəlim TeleRadio Təşkilatının proqramlarından əlavə, Tehranda və bəzi vilayətlərdə universitet görüşlərindən bəhrələnibdir. Əslində cənablar Qalibaf və Cahangirinin öz spektrlərindən olan Rəisi və Ruhaniyə dəstək verdiklərini elan etmələrilə dörd namizəd xalqın səsini cəlb etmək üçün öz qüdrətini koordinasiya edibdir. Cahangiri və Ruhani öz dövlətlərini davam etdirmək və Rəisi və Qalibaf da əgər bu, baş verərsə, yeni dövlət təşkil etmək üçün səy göstərirlər və əgər belə olmuş olarsa, İslam İnqilabı tarixində Ruhaninin dövləti yeganə dövlət olacaqdır ki, prezidentlik kürsüsünə ikinci dəfə yiyələnmək üçün xalqın səsini əldə edə bilməmiş olacaq.
İran prezident seçkilərinə namizəd Seyid İbrahim Rəisi Sadat dünən Tehran və Semnan şəhərlərində və bu gün də Məşhəd şəhərində keçirilən xalq toplantısında deyibdir ki, hər bir dövlət istehsal və məşğulluq, onun hazırkı problemləri və durğunluq kimi istehsal problemlərindən çıxmaq üçün bir proqrama malik olmalıdır.
İran prezident seçkilərinə namizəd Həsən Ruhani də dünən Əhvaz, bu gün isə Ərdəbil şəhərində deyib: Biz İranın həssas şəraitindəyik, regionun şəraitinə əsasən, biz milli qüdrətə ehtiyaclıyıq və milli qüdrət də iranlı qövmlərin vəhdəti deməkdir.
İranda 12-ci prezident seçkilərinə başqa namizəd Seyid Mustafa Ağa Mirsəlim isə dünən Qəzvin universitetində belə deyib: Ötən iki ildə İranın dünyadakı durumu barədə mühüm cəhət bu məsələ olubdur ki, İranın nüvə məsələsindəki məzlumluğu sübuta yetibdir. O, əlavə edib: Əlbəttə, bu qənaətdəyəm ki, nüvə anlaşması mürəkkəb və qaranlıq cəhətlərlə dolu bir sənəddir və onun barəsində bir çox şərhlər almaq olar və hər bir dövlət bu sənədi icra etməlidir.
İran prezident seçkilərinə üç digər namizəd ötən günlərdə Seyid İbrahim Rəisiyə və Həsən Ruhaniyə dəstək verdiyini bildiribdir. İran prezident seçkilərinə namizəd Mohəmməd Baqer Qalibaf Seyid İbrahim Rəisiyə, seçkilərə digər iki namizəd İshaq Cahangiri və Seyid Mustafa Haşemi Təba da Həsən Ruhaniyə dəstək veribdir.
Xalq ölkənin müxtəlif nöqtələrində müxbirlərimizlə müsahibələrdə seçkilərin keçirilməsi vacibliyini vurğulayaraq, səs verməyi öz müqəddəratının təyini üçün qanuni haqq adlandırıb və belə deyibdir: Həzrət İmam Xomeyni(r.ə.) xalqın iştirakına belə təkid ediblər:
Prezidentin seçilməsi elə məsələlərdəndir ki, İrandakı bütün müsəlmanlar və rəsmilər üçün bu məsələyə qarışmaq vacibdir. Əgər onlar bu məsələyə qarışmasalar və İslama bir zərər dəysə, bizim hər birimiz ilahi ədalət məhkəməsində cavabdehik.
Sizin hamınız, bizim hamımız-qadın və kişi və hər bir rəsmi şəxs namaz qılmalı olduğu kimi, öz taleyini təyin etməlidir.
O həzrət xalqın öz taleyini təyin etmək üzrə azadlığı və səsvermə haqqı barədə buyururlar: Xalqı seçkilər üçün azad buraxmalıyıq və bir şəxsin xalqa qəbul etdirilməsinə yol verməməliyik.
Cümə günü keçiriləcək prezident, eləcə də şəhər və kənd şuraları seçkilərində üç milyondan çox məsul və aktiv şəxs fəaliyyət göstərəcək. Onların bir milyon nəfəri icra və nəzarət amili və prezident seçkiləri namizədlərinin nümayəndəsidir.
İranın Əsas Qanununa görə, seçkilərin sağlam keçirilməsi, eləcə də hər cür şəkk-şübhəni aradan qaldırmaq üçün seçkilərin keçiriilməsi üzrə icraçılardan əlavə, xalqın özü də seçkilərə nəzarət edəcək və bu məsələ regionda misilsizdir.