Rəisi Ruhaniyə uğurlar arzuladı
https://azeri.sahartv.ir/news/İran-i269976-rəisi_ruhaniyə_uğurlar_arzuladı
12-ci İran prezidentliyinə namizəd Seyid İbrahim Rəisi Sadati prezident seçkilərində qalib gəlmiş Həsən Ruhani və onun hökumətinin üzvlərinə uğurlar arzulayıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 21, 2017 04:35 Asia/Baku
  • Rəisi Ruhaniyə uğurlar arzuladı
    Rəisi Ruhaniyə uğurlar arzuladı

12-ci İran prezidentliyinə namizəd Seyid İbrahim Rəisi Sadati prezident seçkilərində qalib gəlmiş Həsən Ruhani və onun hökumətinin üzvlərinə uğurlar arzulayıb.

İRİB-in məlumatına görə, Seyid İbrahim Rəis Sadati şənbə günü bir bəyanatda ümidvarlıq edib ki, ictimai ədalətin icrası, vətəndaşların iqtisadi problemlərinin aradan qaldırılması və zəif kütlələrin məişətinin yaxşılaşdırılması seçilmiş hökumətin proqramlarının prioriteti olacaqdır. 

Rəisi əlavə edib: İran vətəndaşlarının seçkilərdə aktiv iştirakı İslam Respublikasının müqəddəs quruluşunun əzəmətini daha böyük şəkildə əks etdirdi və dünyanın gözlərinin dikilməsinə səbəb oldu. 

Bundan öncə də 12-ci İran prezidentliyinə digər namizədlər Seyid Mustafa Haşimitəba və Seyid Mustafa Ağa Mirsəlim ayrı-ayrı müraciətlərdə Həsən Ruhaninin yenidən İran İslam Respublikası prezidenti seçilməsi münasibəti ilə təbrik etmişdilər.