İran Şeyx İsa Qasim əleyhinə qərarın verilməsini pislədi
-
İran Şeyx İsa Qasim əleyhinə qərarın verilməsini pislədi
İran Xarici İşlər Nazirliyinin sözçüsü tanınmış bəhreynli ruhani Şeyx İsa Qasim əleyhinə qərarın verilməsini pisləyib və Bəhreyndə təhlükəsizlik tədbirlərinin gücləndirilməsindən nigaranlıq edib.
Bəhreyn məhkəməsi bazar günü səhər bəhreynli mübariz ruhani Şeyx İsa Qasimi bir il azadlıqdan məhrum edib. Lakin bu qərarın icrası üç il təxirə salınıb.
İran XİN sözçüsü Bəhram Qasimi bazar günü Bəhreyn məhkəməsinin Şeyx İsa Qasim əleyhinə qərarına reaksiya verib: Bəhreyn hökuməti etnik və dini funksiyanı nəzərdə tutaraq və Şeyx İsa Qasim və yaxınlarına qarşı layiq olmayan ittihamlar irəli sürərək dini və məzhəb hökmlərini mühakimə etmək ardıncadır.
Qasimi bir daha Bəhreyn rəsmilərindən istəyib ki, Bəhreyn vətəndaşlarının əsaslı azadlıqlarına qandal vurmaq yerinə vətəndaşlarla anlaşma və dialoqa üz tutsun və belə hərəkətlərlə ölkədə vəziyyəti daha da mürəkkəbləşdirməsin.