İran XİN Trampın müdaxiləçi bəyanatını qınayıb
https://azeri.sahartv.ir/news/İran-i270146-İran_xİn_trampın_müdaxiləçi_bəyanatını_qınayıb
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ dövlətinin İrana qarşı müdaxiləçi bəyanatlarını qınayaraq bildirib: Vaşinqton özünün militarist, müdaxiləçi, İranofobiya siyasətlərindən və terrorizmin əsas himayədarların təhlükəli və faydasız silahlar satışından əl çəksin.
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 22, 2017 11:04 Asia/Baku
  • İran XİN Trampın müdaxiləçi bəyanatını qınayıb
    İran XİN Trampın müdaxiləçi bəyanatını qınayıb

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ dövlətinin İrana qarşı müdaxiləçi bəyanatlarını qınayaraq bildirib: Vaşinqton özünün militarist, müdaxiləçi, İranofobiya siyasətlərindən və terrorizmin əsas himayədarların təhlükəli və faydasız silahlar satışından əl çəksin.

İRNA-nın verdiyi məlumata görə, Bəhram Qasimi bu gün deyib: İranda 12-ci prezident seçkilərindən 48 saatdan da az sonra ABŞ prezidenti Donald Tramp İrana qarşı müdaxiləçi bəyanatla bir daha İranofobiyanı yaymaq və düşmənçilik siyasətlərini davam etdirərək region ölkələrini daha da amerikan silahlar almağa təşviq etməyə cəhd göstərdi. 

Qasimi Yəməndəki durum və bu ölkənin infrasturukturlarının təkfirçi terrorçu qruplar tərəfindən məhv edilməsinə diqqət çəkərək deyib: Təəssüflər olsun ki, bəzi region ölkələri öz xalqlarına və regional əməkdaşlıq potensiallarına söykənməyin yerinə super güclərin himayəsinə bel bağlayıblar və region ölkələrinin əsas infrasturukturlarının zəiflədilməsi və dağıdılmasına zəmin yaradırlar. 

İranın XİN sözçüsü deyib: Təəcübləndirici haldır; elə bir ölkə, İranı regionda destabillik yaratmaqda ittiham edir ki, onun özü on illiklər boyu sionist rejimə maliyyə, silah və informasiya dəstəyi verərək məzlum Fələstin xalqına qarşı repressiyada bu rejimin ortağıdır və son bir neçə ildə də Fars körfəzi regionunda bəzi ərəb rejimlərini silahlandırmaqla müdafiəsiz Yəmən xalqının qırğın edilməsində iştiraka malik olmuşdur. 

İİR XİN sözçüsü deyib: Amerika və onun regiondakı ortaqları bilməlidirlər ki, bu gün İran İslam Respublikası demokratik, stabil və güclü dövlət olaraq xalq dəstəyinə malikdir  və regionda sülh, sakitlik və dinc qonşuluq münasibətlərinə çağırır, dünyada zorakılıq və ifratçılıqla mübarizəyə dəvət edir və bu ölkələrin boş sözləri ilə öz yolunu dəyişməyəcək. 

ABŞ prezidenti Donald Tramp bazar günü Ər-Ryadda İranı terrorizmə dəstək verməkdə ittiham edib.