May 22, 2017 18:54 Asia/Baku
  • Ruhani: İran seçkilərinin mesajı milli vəhdət idi
    Ruhani: İran seçkilərinin mesajı milli vəhdət idi

İran İslam Respublikası prezidenti deyib: İran xalqı cümə seçkilərində dünya demokratiyalarının ən yüksək səviyyəsində iştirak etdi.

Həsən Ruhani bu gün prezident seçkilərindən sonra ilk mətbuat konfransında 19 may seçkilərinin mesajının milli həmrəylik və beynəlxalq dialoq olduğunu bildirərək deyib: 45 milyon iranlının seçkilərdə iştirakı İran tarixində nadir iştirak olaraq yadda qaldı, xalq bu iştirakı ilə və bu seçimi ilə İranda plüralizmin rəsmən tanındığını demək istədi. 

Ruhani İran xalqının vəhdətə, balansa və ağıllılığa səs vermiş olduğunu bildirərək deyib: İran xalqı region xalqlarına onların kənarında duracağını, terrorizmin kökünü kəsəcəyi və regionda sabitliyi bərpa edəcəyini bildirmiş oldu. 

Həsən Ruhani Trampın bəzi ərəb başçıları ilə iclasına və İranı terrorizmi himayədə ittiihamlandırmasına münasibət bildirərkən deyib: Səudiyyə Ərəbistanındakı toplantı mənə görə formal xarakter daşıyırdı və onun siyasi dəyəri olmayacaq. Səudiyyə Ərəbistanı keçmişdə də bu kimi toplantılar təşkil etmişdi. Terrorizm ilə mübarizə bir xalqın pulunu bir super gücə vermək və bir iclas keçirməklə həll olunası deyil. Kimsə regionda İranın iştirakı olmadan stabilliyin mühafizə olunduğu və tam təhlükəsizliyini bərqərar olunacağını iddia edə bilməz. Terrorizm ilə kimlər savaşdı? İran, İraq, Suriya, Livan və onların kənarında Rusiya.

Ruhani deyib: Terrorizmi kimlər dəstəklədi və terrorçulara pul verdi? Demək onlar terrorizm ilə mübarizə iddiasında ola bilməzlər. Eyni zamanda təsəvvür etmirəm ki, ABŞ xalqı 11 sentyabırda verdiyi qanı silah satışından əldə olunan milyardlar dollar vəsaitlə əvəz etmək istəməz. Əlbəttə ABŞ dövləti heçvaxt terrorçularla mübarizə aparmayıb amma Amerika xalqı şübhəsiz ki, terrorçuların əleyhinədir və dünyada terrorizmin olmamasını istəyir. 

Ruhani deyib: İttihamlandırmaqla heçnə həllini tapmaz və terrorçu ilə mübarizədə sədaqətli olmaq lazımdır. 

İran İslam Respublikasının prezidenti AsseoşieytedPress-in müxbirinin Ruhaninin prezidentliyinin ikinci dövründə Amerika ilə İran əlaqələrinin necə olacağı barədə verdiyi suala cavabda deyib: Son 39 il ərzində İran və Amerika münasibətləri çox dolaşıq olub. Amerikanlar İrana qarşı daima müxtəlif metodlardan istifadə ediblər və məğlubiyyətə uğrayıblar. Təbəsdən tutmuş 8 illik müharibəyə müdazilələr və sanksiya vasitəsi ilə İrana təzyiqlərə qədər. 

Ruhani deyib: Onların bəlkə bir yerdə uğurları olub o da İran xalqı qarşısında baş əydikləri və İran nümayəndələri ilə müzakirə masası arxasına keçdikləri və hörmətlə danışdıqları zaman olub. Orada uduş-uduş nəticəsi əldə olundu.Amerika yenə də əvvəlki rəftarını nümayiş etdirərsə yenə də məğlubiyyətə uğrayacaq. 

Ruhani ABŞ-da yeni hökumətin fəaliyyətinə toxunaraq deyib: Biz Vaşinqton barədə dəqiq fikirə malik olmaq üçün bu dövlətin baxış tərzində, mövqe tutmalarında və planlaşdırmalarında stabil vəziyyətə gəlib çatacağını gözləyirik. 

Teqlər