İran idmançıları 8 qızıl medalla tufan qopardılar
https://azeri.sahartv.ir/news/İran-i270172-İran_idmançıları_8_qızıl_medalla_tufan_qopardılar
İranın idman karvanı islam həmrəyliyi oyunlarının son günündə 8 qızıl medal qazanmaqla tufan qoparıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 22, 2017 15:22 Asia/Baku
  • İran idmançıları 8 qızıl medalla tufan qopardılar
    İran idmançıları 8 qızıl medalla tufan qopardılar

İranın idman karvanı islam həmrəyliyi oyunlarının son günündə 8 qızıl medal qazanmaqla tufan qoparıb.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, Voşoda İranın hər altı idmançısı Azərbaycan, Türkiyə, Tunis və Misirdən olan bütün rəqiblərini məğlub ediblər və yarış zalında altı dəfə İran İslam Respublikasının himni səsləndirilib. 

Stolüstü tenisdə İranın qadın idmançıları komandası Azərbaycan komandasına qalib gələrək çempion adını qazanıb və kişilər üzrə tenisdə isə İran komandası Türkiyə üzərində qələbə çalaraq qızıl medal əldə edib. 

Bu yarışların sonunda İran İslam Respublikasının idmançılar karvanı 39 qızıl, 26 gümüş və 33 bürünc medalla cəmi 98 medal qazanaraq Azərbaycan Respublikası və Türkiyədən sonra yarışların üçüncü yerini tutub. 

İran İslam Respublikası Milli Alimpiya Komitəsinin sədri Kiyumərs Haşimi yarışların son günündə əldə olunan nəticələrdən razı qaldığını bildirərək deyib: Bu nəticə idmançıların dəyərli səyləri nəticəsində mümkün oldu və ümid edirəm gələcəkdə də belə olacaq və biz müvafiq orqanların dəstəyi ilə daha yaxşı nəticələr əldə edəcəyik. 

Haşimi həmçinin himayəçi aparatlar, İranın Bakıdakı səfirliyi eləcə də mediya komandası xüsusiylə İranın milli mediyasına da öz təşəkkürünü bildirib. 

4-cü islam həmrəyliyi oyunlarına 54 ölkənin idmançıları qatılmışdı. Bu yarışlar Azərbaycan Respublikasının Paytaxtı Bakı şəhərində 20 idman növü üzrə 10 gün müddətində davam etdi. 

İslam həmrəyliyi oyunları hər dörd ildən bir keçirilir. 5-ci islam həmrəyliyi oyunları isə 4 ildən sonra Türkiyədə keçiriləcək.