İran və Rusiyanın qabiliyyətləri sərgisi açılıb
-
İran və Rusiyanın qabiliyyətləri sərgisi açılıb
İran və Rusiyanın qabiliyyətləri sərgisi bu gün bu ölkənin yüksək səviyyəli heyətinin və İranı bəzi ostanlarının məsul şəxslərinin iştirakı ilə Gilan vilayətinin Ənzəli azad məntəqəsində açılıb.
Rusiyanın Həştərxan məntəqəsinin baş nazir müavini və bu məntəqənin sənaye, nəqliyyat və təbii mənbələr naziri bu gün həmin sərginin açılış mərasimində qeyd edib ki, bu cür sərgilərin keçirilməsi İran ilə Rusiya arasında ticari və iqtisadi sövdələşmələrin artmasında böyük təsirə malikdir.
Radik Xarisov Rusiyanın Həştərxan və İranın Gilan vilayətlərinin nümayəndələri və investorlarının bu sərgidəki iştirakına toxunaraq, əlavə edib: Bu cür sərgilərin təşkili iki ölkənin özəl sektorlarının nümayəndələri arasında əlaqələrin inkişafı üçün böyük bir stimul yaradır.