May 26, 2017 19:58 Asia/Baku
  • İranın 20 yaşından aşağı futzal yığması Asiya çempionu olub
    İranın 20 yaşından aşağı futzal yığması Asiya çempionu olub

İranın 20 yaşından aşağı futzal yığması Asiya çempionu olub.

İranın 20 yaşından aşağı futzal yığması bu gün Tailandda keçirilən Asiya üzrə birinci çempionatın finalında İraq yığması ilə görüşərək, bu komandanı 2-0 hesabı ilə məğlub edib.

İran futzalçıları bu yarışların qrup mərhələsində Monqolustan, BƏƏ, Çin və Qırğızıstanın yığma komandalarını məğlub edib. Komandamız dörddə bir final görüşündə Livan, yarımfinal görüşündə isə Tailand yığmalarını qarşısından götürərək, finala çıxmışdı.

Teqlər