Ayətullah Məkarim Şirazi: Bəhreyn başçıları bundan artıq öz köklərini baltalamasınlar
May 27, 2017 17:23 Asia/Baku
-
Ayətullah Məkarim Şirazi
Qumda tanınmış təqlid mərcələrindən Ayətullah Nasir Məkarim Şirazi deyib: Bəhreyn başçılarının Ərəbistan və ABŞ başçılarının siyasətlərinə uyması onları Səddam və onun kimilərin taleyinə sürükləmiş olacaq.
İRNA-nın məlumatına görə, Ayətullah Nasir Məkarim Şirazi Bəhreynin təhlükəsizlik qüvvələrinin tanınmış ruhani şeyx İsa Qasımın mənzilinə basqın etmələrini kəskin formada qınayıb və Bəhreyn başçılarına xitabən deyib: Nə qədər ki, gec deyil doğru yola qayıdın və Bəhreyn xalqının qanuni istəklərinə boyun əyin. Bundan artıq öz kökünüzü baltalamayın.