Şəmxani: Terrorçular ABŞ-ın regionla bağlı siyasətlərini icra etmək üçün bir vasitədirlər
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ABŞ prezidentinin İrana qarşı ittihamlarını məntiqdən uzaq və gülünc adlandırıb və deyib: Suriya və İraqdakı terrorçular ABŞ-ın regionla bağlı siyasətlərini icra etmək üçün bir vasitədirlər.
ABŞ prezidenti Donald Tramp ötən həftə işğal edilmiş Fələstinə səfəri zamanı İranı nüvə silahı istehsal etmək və terrorizmə dəstək verməkdə ittiham edib və deyib: Vaşinqton İranı bu kimi hərəkətlərdən çəkindirməyə borcludur.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani Rusiyada çıxan "Kommersant" qəzeti ilə müsahibədə Donald Trampın əsassız iddiaları barədə deyib: İran 40 ildir ki, terrorizm ilə mübarizə aparır. Və bu mübarizədə indiyə kimi minlərlə şəhid verib. Amma, Amerikalılar 11 sentyabr hadisəsindən sonra terrorizmin nə olduğunu yeni başa düşməyə başlayıblar.
Şəmxani əlavə edib: Tramp ilk xarici səfərini terrorizmin beşiyi və əsas bazası sayılan Ərəbistana etdi. Bu isə o deməkdir ki, ABŞ prezidentinin İran əleyhinə ittihamlarının heç bir əsası yoxdur. Heç şübhəsiz dünya ictimaiyyəti də bu iddiaları ciddi qəbul etmir.
Şəmxani Suriyada təhlükəsiz zonaların yaradılması ilə bağlı anlaşmanın icrasında İranın rolu barədə isə deyib: İran Suriyada terrorizm ilə mübarizənin aparılması və sabitliyin bərqərar edilməsində ciddidir.