İran Yəməndə insani faciə barədə xəbərdarlıq edib
-
İran Yəməndə insani faciə barədə xəbərdarlıq edib
İranın xarici işlər nazirliyinin sözçüsü deyib: Yəmənə qarşı müharibənin, bombardımanların və dəniz və hava mühasirəsinin davam etməsi bu ölkə xalqının böyük hissəsinin qıtlıq və aclıqla üz üzə durması ilə nəticələnib.
Səudiyyə Ərəbistanının 2015-ci il mart ayından Yəmənə qarşı hücumları bu ölkə infrastrukturlarının dağılması on minlərlə yəmənlinin ölümü və yaralanması ilə nəticələnib. Bu gün bildirilib ki Yəməndə vəba nəticəsində həlak olanların sayı 473 nəfər çatıb.
İİR XİN-in mətbuat xidmətinin məlumatına görə, XİN sözçüsü Bəhram Qasimi bu gün Yəmən hadisələrinə və bu ölkədə insani durumun gərginləşməsinə toxunaraq deyib: Beynəlxalq təşkilat və qurumlar Yəmənə humanitar yardımlar üçün öz səylərini genişləndirməlidirlər.
İranın XİN sözçüsü deyib: İran İslam Respublikası Yəməndə yaranmış durumun sadəcə bütün tərəflər arasında danışıqlar və əhatəli dövlətin yaradılması yolu ilə həll oluna biləcəyinə inanır.