İran İraqdakı terror partlayışlarını pisləyib
İran Xarici İşlər Nazirliyinin sözçüsü İraq paytaxtında baş vermiş terror partlayışları amillərinin hərəkətlərini pisləyərək, mübarək Ramazan ayında törədilmiş bu cinayətkar hərəkəti təkfirçi terrorçuların müsəlmanlar və əsil İslamla düşmənçiliklərinin aşkar nişanəsi adlandırıb.
İraqın polis mənbələri dünən axşam çağı bu ölkənin paytaxtı Bağdad şəhərinin Əlhuriyyə meydanındakı izdihamlı Əlkəradə məhəlləsində yerləşən bir ticarət mərkəzinin yaxınlığında bomba qoyulmuş avtomobilin partlamasından xəbər verdilər. Bu hücumda 15 nəfər həlak olub, 55 nəfər də yaralanıbdır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün İraqın hökuməti və xalqı, eləcə də bu qəmli faciədə həlak olanların ailələrinin kədərlərinə şərik olaraq, deyib: Terror hücumları, terrorçuların İraqdakı uğursuzluq dalanından çıxmaq üzrə sonuncu nəticəsiz cəhdləridir.