İran Kabil terror aktını pislədi
İran Xarici İşlər Nazirliyinin sözçüsü Əfqanıstan xalqının dərdinə şərik çıxaraq paytaxt Kabildə terror aktını pisləyib.
İRNA-nın məlumatına görə, bu gün səhər çoxlu sayda günahsız vətəndaşın həlak olması və yaralanması ilə nəticələnən Kabildəki kamikadze cinayətini qınayan Bəhram Qasimi bildirib: Terrorizmlə qətiyyətli davranmamaq belə dəhşətli hərəkətlərin artmasına səbəb olub.
Qasimi kütləvi qırğınla və güc tətbiq etməklə məqsədlərə nail olmağı rədd edib və bəzi region və radikal qrupları silahlandırmaqda suçlu bilinən regiondan kənar ölkəklərin müdaxiləsi olmadan əfqan qruplar arasında müzakirələrin belə anti-bəşəri hərəkətlərin təkrarlanmasının qarşısını alacağına ümid edib.
İranın xarici diplomatiya idarəsinin sözçüsü deyib: Terror aktı harada və hər hansı qrup və ya hər hansı bəhanə ilə olursa olsun, qəbuledilməz hərəkətdir və tam şəkildə ona cavab vermək lazımdır.
Qasimi həmçinin bildirib: İran İslam Respublikası həmişə çətin və ağır şəraitdə Əfqanıstanın dövləti və xalqının yanında olub və olacaq.
Bu gün səhər diplomatların yaşadığı Kabilin Vəzir Əkbərxan bölgəsində, Almaniya səfirliyi və İRİB-in ofisi yaxınlığında bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində 80 nəfər həlak olub, 350 nəfər yaralanıb.