Ramazan və oruc tutmaq eşqi
Mübarək Ramazan ayı ilin isti günlərinə təsadüf edib. Buna baxmayaraq, nə havanın isti olması, nə də qızmar günəş altında ağır fiziki fəaliyyət mömin insanların oruc tutmasına mane ola bilmir.
Günün günorta çağıdır və günəş şüaları hər tərəfi yandırıb-yaxır. Amma, qızmar günəş altında çalışmağa məcbur olmaları belə bu insanları polad iradələrindən döndərə bilmir.
Fəhlə:
Səhər saat 7-dən başlayaraq saat 12-yə kimi işləyirik. Saat 12-də bir saatlıq fasilə veririk. Sonra yenidən saat 5-ə kimi çalışırıq.
Havanın istisi qızmar günəş altında qaynaqla məşğul olan bu insanları sümüklərinə qədər qovursa da, yorulmadan işləyirlər. Baxmayaraq ki, orucdurlar.
Fəhlə:
Oruc tutaraq işləməyin özü bir növ cihaddır.
Fəhlə:
Ramazanın ikinci günü idi. İstidən halı pisləşdi. Əl-üzünə bir az su vursa da orucunu pozmadı. Və ondan sonra daha 5 saat işlədi.
Əlini sıxdığım zaman, əlinin istisi işinin çətinliyindən söz açırdı.
Fəhlə:
Bir tərəfdən günəşin istisi, bir tərəfdən də qaynağın istisi. Bizi dərk etmək üçün bizim yerimizdə olmaq lazımdır. İstidən yanmasın deyə üzümüzü bu dəstmal ilə bağlayırıq. Bağladıqda isə, isti daha da dözülməz olur.
Onlar ruzi əldə etməkdən daha böyük məqsədlər təyin etməklə bu çətinliyə dözməyi özlərinə asan etmişdilər.
Fəhlə:
Ailənin razılığı vacibdir. Amma, Allahın razılığı daha önəmlidir. Biz ilk növbədə Allahın razılığını əldə etməliyik. Çətin də olsa, həm oruc tuturuq, həm də işimizi görürük.
Bütün bu çətinliklərə rəğmən Allaha şükr etməkdən daha gözəli yoxdur.
Fəhlə:
Bütün çətinliklərə rəğmən Allaha şükürlər olsun ki, həm oruc tutmaq, həm də halal ruzi əldə etmək üçün bizə güc və dözümlülk verib.