Ruhani: İmam Xomeyni istisnalı şəxsiyyət idi
İran İslam Respublikası prezidenti hamının İmam Xomeyninin (rə) yolunu getməli olduğunu bildirib: İran İslam Respublikasının banisi istisnalı şəxsiyyət idi.
Həsən Ruhani şənbə gecə nazirlər, müavinləri, valilər və dövlət qurumlarının rəhbərlərinin iftar ziyafəti mərasimində İran İslam Respublikasının banisi İmam Xomeyninin (rə) məktəbi, inqilabı və idarəçiliyi sayəsində İranın bu gün izzəti, əzəməti və azadlığının gerçəkləşdiyini deyib: İmam Xomeyni (rə) Allaha həqiqi imanla və mücahidliyi ilə böyük tarixi uğurları əldə etdilər.
İran İslam Respublikası prezidenti İmam Xomeyninin (rə) bütün hallarda Allaha arxalandığını bildirib: İmam Xomeyninin (rə) vücudunda heç bir qorxu yox idi. Çünki haqqa iman onun bütün vücudunu əhatə etmişdi.
Həsən Ruhani hamının İmam Xomeyninin (rə) yolunu öyrənməli olduğunu qeyd edib: Xalq rəsmilərin üzərinə çox ağır məsuliyyəti qoymuşdur.
İran İslam Respublikası prezidenti rəsmilərin İranı vətəndaşların köməyi və ilahi lütflə abad etməli olduqlarını xatırladıb.