İran parlamenti binasında silahlı insident
İyun 07, 2017 11:13 Asia/Baku
İran İslam Şurası Məclisinin binasında silahlı insident nəticəsində parlamenti mühafizə qüvvələrindən bir neçə nəfər yaralanıb.
İRİB-in məlumatına görə, bu gün səhər silahlı terrorçular müraciətçi adı altında İran parlament binasına girərək parlamentin mühafizə qüvvələri ilə toqquşub və onlara doğru atəş açıblar.
Hadisə yerində olan müxbirlərdən birinin dediyinə görə, yaraqlıların atəş açması nəticəsində 4 nəfər yaralanıb.
Yaralılardan üç nəfəri parlamentin mühafizəçisi və xidmətçisi və bir nəfər də parlamentə müraciət edən vətəndaş olub.
Tehran şəhərinin parlamentdəki nümayəndəsi İlyas Həzrəti deyib: Yaraqlılar "Kalaşnikov" tipli avtomat silahı ilə silahlanıblar.